6 İyul, 2011
Azərbaycan təyyarəsini "Taliban" vurub?

Heç kim təyyarənin qəzaya uğramasına görə məsuliyyəti boynuna götürməyib

Kabil Beynəlxalq Hava Limanının nümayəndəsi Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin “Taliban” tərəfindən vurulması barədə xəbərləri təkzib edib.

Kabil Beynəlxalq Hava Limanının vitse-prezidenti Cəlal Vahab “APA-ECONOMICS”ə açıqlamasında xəbəri təsdiqləmək üçün əlində kifayət qədər informasiya olmadığını bildirib: “Mənə bununla bağlı artıq müraciət ediblər. Lakin mən onu təsdiqləyə bilmərəm. Hələlik heç kim bu təyyarənin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməyib”.


C.Vahab qəzanın səbəblərinin hazırda araşdırıldığını və detalların bir qədər sonra məlum olacağını vurğulayıb.


Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Məlumatı “Fars” agentliyi yayıb.


Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!