6 İyul, 2011
Dünya Azərbaycanlılarının III Qurultayının yekununda 4 sənəd qəbul olunub

Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı başa çatıb. 

Qurultayın yekununda 4 sənəd qəbul edilib. Sənədi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Dünya Azərbaycanlılarının III Qurultayı Redaksiya Heyətinin rəhbəri Əli Həsənov təqdim edib.

Qəbul edilən sənədlər qurultayın qətnaməsi, prezident İlham Əliyev və dünya azərbaycanlılarına qurultay iştirakçıları adından müraciət, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar və xarici ölkə rəhbərlərinə müraciətlər olub.

Eyni zamanda, Ə.Həsənovun təqdimatı ilə qurultayda bir sıra səsvermələr də keçirilib. Səsvermə nəticəsində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri Azərbaycan prezidenti İlham Əliyev seçilib. Həmçinin şuranın Rəyasət Heyəti ləğv edilərək, əvəzinə İcra Katibliyi yaradılıb. Katibliyə isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov seçilib. Səsvermə nəticəsində Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115 nəfərə qaldırılıb.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!