6 İyul, 2011
Mərkəzi Bankın valyuta ehtiyatları 48.7 milyon dollar artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 1 iyul tarixinə 6947.5 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bununla valyuta ehtiyatlarında ötən aya nisbətən 48.7 mln. dollar artım qeydə alınıb.

Qeyd edək ki, 1 iyun tarixində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 6898.8 mln. dollar olub.

Müqayisə üçün deyək ki, 2010-cu il iyulun 1-nə bu göstərici 5470.7 mln. dollar təşkil edib. Bu göstərici 2011-ci ilin 1 yanvar tarixinə 6407.6 mln., fevrala 6566.9 mln., marta 6705.2 mln., aprelə 6718.4 mln. dollar təşkil edib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!