6 İyul, 2011
DAHA İKİ METRO STANSİYASI HAZIR OLACAQ

Gələn il Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə veriləcək.

Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, bunlar «Memar Əcəmi-2» («Memar Əcəmi» stansiyasından keçid) və «Avtovağzal» stansiyalarıdır. Hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir.


T.Əhmədov bildirib ki, metronun «Memar Əcəmi» stansiyasından paytaxtın «Azadlıq» meydanına xəttin çəkilişi də planlaşdırılır. Bu xətt ən tezi 2018-ci ilə hazır olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!