6 İyul, 2011
SUDAN SAHİLLƏRİNDƏ GƏMİ BATIB

İnsident nəticəsində 197 nəfər həlak olub

Səudiyyə Ərəbistanına gedən və içərisində qeyri-qanuni mühacirlər olan gəmi Sudan sahillərində qəzaya uğrayıb.

Hadisə nəticəsində 197 nəfər həlak olub. Yalnız 3 sərnişin xilas ola bilib.

İlkin məlumatlara görə, qəzaya səbəb gəmidə baş vermiş yanğın olub.

Həlak olanları çoxu Somali vətəndaşları olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!