5 İyul, 2011
Yerlimizin Türkiyədəki müsabiqədə möhtəşəm çıxışı

Elyanə Əhmədova Ajda Pekkanı, Sertab Ereneri heyran edib

Türkiyənin “Star” kanalında dünən start götürən “Star akademi” pop musiqi yarışmasında iştirak edən 23 yaşlı həmyerlimiz Elyanə Əhmədova ilk çıxışı ilə diqqət çəkməyi bacardı. 
Simsar.az saytının “Star” televiziyasına istinadən yaydığı məlumata görə, türk musiqisinin Ajda Pekkan, Sertab Erener kimi pop divalarının, məşhur jurnalist Ertuğrul Özkökün əyləşdiyi münsiflər heyətinin üzvləri azəri təmsilçinin çıxışını bəyənərək, Elyanəni müsabiqədə gördüklərinə məmnun olduqlarını, onun bir müğənni kimi dəyərli səsə, səhnə mədəniyyətinə malik olduğunu vurğulayıb, uğurlar dilədilər.
Qeyd edək ki, “Star akademi” vaxtilə bu müsabiqənin (əvvəlki adı “Akademi Türliyə”-müəl.) iştirakçısı olmuş, müsabiqə sonrası Türkiyədə çox məşhur olan və dünyadan vaxtsız gedən Barış Akarsunun ölümünün 4 illik anısına təşkil olunub.
Elyanə Əhmədova müsabiqəyə “Star akademi”nin Azərbaycandakı təmsilçisi, prodüsser Kamal Cenk İçtenin tövsiyyəsi ilə qatılıb və seçim turunda münsiflərin rəğbətini qazanaraq finala vəsiqə qazanıb.

Azər 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!