5 İyul, 2011
Polis gəlin maşınını cərimə meydançasına apardı

Maşının nömrə yerində "xoşbəxt olun" yazılması polisi əsəbiləşdirib

Bakı şəhərində hamının təəccübünə səbəb olan hadisə baş verib. Milli.Az xəbər portalının məlumatına görə, yol polisi gəlin maşınını cərimə meydançasına aparıb. 

Hadisə iyunun 2-də saat 17:00 radələrində Dənizknarı Milli Parkın yaxınlığında baş verib. Gəlin və bəy aparan kartej bulvarın ərazisində dayanıb. "Craysler" markalı gəlin maşını gəlinlə bəyin şəkil çəkdirməsi üçün bulvarın kənarında saxlayıb. Bu zaman yol polis gəlin maşının evakuatora qoyaraq cərimə meydançasına aparıb. Səbəb kimi isə gəlin maşınında dövlət nömrə nişanın yerində “xoşbəxt olun” sözləri yazılmış kağız lövgəlisinin yapılşdırılması olub.

Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyələ əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında burada heç bir təəcüblənəsi şey olmadığı bildiridi. Onun sözlərin görə, yol hərəkəti qaydalarını pozan maşınların cərimə meydançasına aparılmasında heç bir qanun pozuntusu yoxdur: “Dövlət nömrə nişanının yerinə “xoşbət olun” və ya digər sözlər yazımış lövhələr yapışdırmaq qanun tələbinə ziddir və qanunna hörmətsizlikdir. Eyni zamanda dövlət nömrə nişanın yerinə bu cür sözlər yazımış lövhələr vurulması, avtomobili nömrəsiz idarə etmək deməkdir. Həmin maşınlar aşkarlanarsa, cərimə balı ilə cəzalandırılır və yüksək cərimə olunur. Əgər belə hal 3 dəfə təkrarlanarsa, sürücü sürücülük hüququndan məhrum edilir”.

V.Əsədov deyir ki, bu vaxta kimi təcrübəsində 4 gəlin maşını barəsində tədbir görüb, bunlarda 2-si bu ilə təsadüf edir.

Bölmə rəisi qeyd etdi ki, Bakı şəhər yol polisi son zamanlar bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları artmasını nəzərə alaraq, belə sürücülərə qarşı qarşı mübarizəni gücləndirib: “Paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında, eyni zamanda yol patrul əməkdaşları tərəfindən aşkarlanan kobud qayda pozuntuları edən sürücülər aşkarlanır və barələrində ciddi tədbirlər görülür. Sürücüləri toy mərasimləri zamanı yol hərəkət qaydalarına riayət etməyə çağıram. Onların bu hərəkəti piyadaların və digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!