5 İyul, 2011
Sərhəddəki atışmada səbəbkar kimdir?

"İrandan nə deyilməsi bizi maraqlandırmır

Dövlət Sərhəd Xidməti İran Xarici İşlər Nazirliyinin iddiasını şərh etmir. Qurumun mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, iyulun 3-də İranla sərhəddə baş verən silahlı olayla bağlı rəsmi açıqlama yayılıb: “Biz hadisədən rəsmi məlumat yaymışıq. Əgər zərurət olsa, yeni məlumat yayılacaq. İrandan nə deyilməsi bizi maraqlandırmır”.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyulun 3-də İran İslam Respublikasından keçən silahlı şəxslər Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhədi pozub. Sərhəd naryadına qarşı silah tətbiq edilib və naryadın başçısı leytenant Rüfət Quliyev həlak olub. Silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iyulun 5-də jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan bir sıra sərhədçilərinin İran ərazisinə daxil olmasına görə sərhəddə məhdud qarşıdurma yaranıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!