5 İyul, 2011
Dünya azərbaycanlıları Şəhidlər xiyabanını ziyarət ediblər

III qurultay iştirakçıları Heydər Əliyevin məzarını da ziyarət ediblər

Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları iyulun 5-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üstünə də güllər düzülüb. 

Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qurultay iştirakçıları Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr ediblər.
1918-ci ildə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin də önünə əklil qoyublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!