5 İyul, 2011
Dəhşətli istilər gözlənilir

Azərbaycanın rayonlarında sabah 40 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumata görə, iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında isə sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 30-35 dərəcə təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi, sonrakı gündə cənub küləyi ilə əvəz olunacağı, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!