5 İyul, 2011
Hava küləkli, isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətloər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 30-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 04-dən 05-nə keçən gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən xəzri küləyi meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 5-də günün ikinci yarısından 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!