5 İyul, 2011
Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin ilk iclası oldu

"Qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifə durur"

İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.

Təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb. Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan Azərbaycanın birinci xanımı ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.

Mehriban xanım Əliyeva, həmçinin müsabiqənin keçiriləcəyi yer ilə bağlı təkliflərə baxıldığını və yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.

İclasda "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri və digər məsələlər müzakirə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!