4 İyul, 2011
Ərdoğanın Azərbaycana nə vaxt gələcəyi dəqiqləşdi

Səfər avqustada baş tutacaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı dəqiqləşib. Bu barədə SalamNews açıqlamasında Türkiyə hökumətinin mətbuat katibi Əhməd Arslan məlumat verib. O deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan avqust ayında Bakıya rəsmi səfərə gələcək. Ə.Arslan təhlükəsizlik baxımından səfərin detalları barədə ətraflı açıqlama verməyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsəvər Salmanov isə SalamNews-a məlumat verib ki, hazırda sözügedən səfərə hazırlıq işləri görülür.

Xatırladaq ki, 2010-cu ilin sonundan bəri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!