4 İyul, 2011
Abituriyentlərə balları hesablamaq imkanı yaradıldı

TQDK elektron hesablama düsturu təqdim etdi 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) saytında abituriyentlərə imtahan ballarını hesablamaq imkanı verən elektron hesablama düsturu təqdim edib. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bütün imtahan qrupları üzrə abituriyentlər sayta daxil olaraq, verdikləri düz və səhv cavablar əsasında ballarını hesablaya biləcəklər. 


Hazırda III ixtisas qrupu üzrə iyulun 3-də imtahan verən abituriyentlər bu yolla topladıqları balları hesablaya bilərlər.

Qeyd edək ki, TQDK artıq III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını da saytında yerləşdirib. Bu da abituriyentlərin öz ballarını asanlıqla hesablamasına şərait yaradır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!