4 İyul, 2011
Külək niyə belə əsirsən, külək?

İyulun 6-sını gözləyin

Bakı və Abşeron yarımadasında bir neçə gündür davam edən güclü şimal küləyi bu gün axşama doğru mülayimləşəcək, iyulun 5-də isə gündüz saatlarından başlayaraq yenidən güclənəcək.

Bu haqda Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova məlumat verib. 

G. Məmmədovanın sözlərinə görə, sabah səhərdən başlayacaq mülayim şimal küləyi günün yarısından yenidən güclənəcək: “İkin məlumatlara əsasən, külək ayın 6-da mülayimləşəcək”.

Şöbə rəisi qeyd edib ki, güclü şimal küləyinin əsməsi şimaldan olan yüksək təzyiq sahəsi ilə cənubdan olan alçaq təzyiq sahəsi arasında təzyiq fərqinin yaranması ilə bağlıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!