4 İyul, 2011
Hansı jurnalistika güclüdü: yeni, yoxsa köhnə?

Əflatun Amaşov gerçəkliyi dedi

“Bu gün klassik jurnalistika bir çox parametrlərdə bloq jurnalistikasına uduzur”. Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasını (MŞ) sədri Əflatun Amaşov bildirib.

Simsar.az xəbər verir ki, Əflatun Amaşov indi bütün dünyada bloqçuların jurnalist hesab olunduğunu bildirib: “Dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ-da da bloqerlər mötəbər tədbirlərdə jurnalistlər kimi iştirak edir”.

Hazırda bloqerlər nüfuzlu jurnalistlər hesab olunduğunu deyən MŞ sədri indi Azərbaycanda da bu sahədə xeyli insanın fəaliyyət göstərdiyini bildirib: “Bloqerlərin yaydığı məlumatlar daha operativdir və daha çox oxunur. İndi informasiyanın ötürülməsində klassik jurnalistika bloqerlərlə rəqabət apara bilmir”.

İndi Azərbaycanda 2-ə qədər aktiv bloqun fəaliyyət göstərdiyini deyən Əflatun Amaşov bu sahənin qarşısının alınmasının mümkünsüz olduğunu və bu sahənin problemlərini, perspektivlərini müzakirə etmək üçün sentyabr ayında Azərbaycanda İnternet media ilə bağlı konfrans keçiriləcəyini də bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!