4 İyul, 2011
SAYTLAR DA MALİYYƏLƏŞƏ BİLƏR

Əflatun Amaşov internet mediaya dövlət dəstəyindən danışdı

İnternet jurnalistikası ilə bağlı sənəd hazırlanır". Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasını sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov bu gün Azərbaycanda internet jurnalistikası ilə bağlı müəyyən problemlərin olduğunu vurğulayıb: “Hazırda Mətbuat Şurası bu sahədə olan problemləri araşdırır və hazırlanacaq sənəd də bu problemlər öz əksini tapacaq. Məlumdur ki, qəzet və jurnallara dövlət yardımı nəzərdə tutulub. Ancaq internet jurnalistikasına belə yardımlar göstərilmir. Bu sahənin inkişafı üçün internet jurnalistikasına dövlət dəstəyi tələb olunur”.

Mətbuat Şurasının sədri, internet jurnalistika ilə bağlı sənəd hazır olduqdan sonra onun müvafiq dövlər qurumlarına göndəriləcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!