4 İyul, 2011
Hollivud aktyoru “Çingiz Xan” olacaq

Hollivud kino sənayesi böyük böhran keçirir

Amerikanın tanınmış aktyoru Stiven Siqal Moğol imperatoru Çingiz Xanın həyatından bəhs edən filmdə çəkiləcək. Simsar.az saytının məlumatına görə, bu barədə aktyor özü Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq film festivalında jurnalistlərə bildirib: “Hollivud kino sənayesi böyük böhran keçirir, amma buna baxmayaraq, məşhur ABŞ aktyorları dünyanın müxtəlif yerlərindəki fərqli layihələrdə həmişə mühüm rol oynayıblar.

Bu film üçün Qazaxıstan hökumətinin də dəstəyini gözlədiklərini deyən aktyorun sözlərinə görə, məşhur qazax rejissor Timur Bakmambetovla hal-hazırda bu layihənin üstündə işləyirlər.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!