2 İyul, 2011
Gəncə Şəhər Polis İdarəsi Gəncə Baş Polis İdarəsi oldu

Gəncə Şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında” dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən olub.

Fərmana əsasən, Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 1-də imzaladığı sərəncama əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Musayev Rasim İslam oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!