1 İyul, 2011
QARADAĞIN SU TƏCHİZATINDA FASİLƏLƏR YARANACAQ

Sahil qəsəbəsi və Səbail rayonunun “20-ci sahə” yaşayış massivində əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün Kür magistral kəmərindən yeni xətlər çəkilir

Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki, xətlərin kəmərə birləşdirilməsi işləri ilə əlaqədar iyulun 1-i axşam saatlarından Kürdən Bakıya su ötürən 3 magistral xəttin biri ilə su verilişi müvəqqəti dayandırılacaq. 

“Azərsu” ASC istehlakşıların nəzərinə çatdırır ki, xətlərin qoşulması ilə əlaqədar iyulun 1-i və 2-də Hacıqabul rayonunun yaşayış məntəqələrinin, Səngəçal, Sahil, və Xocasən qəsəbələrinin bir hissəsinin içməli su təminatında məhdudiyyətlər olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!