1 İyul, 2011
Abituriyent nə vaxt imtahan otağından qovula bilər?

Məleykə Abbaszadə aydınlıq gətirdi

İmtahana “Fanta”, “Coca Cola” və mobil telefon gətirmək olmaz. Simsar.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, abituriyentlər özləri ilə su gətirə bilərlər. Lakin zallarda da abituriyentlərin içməsi üçün sular qoyulacaq. M.Abbaszadənin sözlərinə görə, abituriyent üzərində mobil telefonla binaya daxil olarsa, imtahan veriləcək binada quraşdırılmış kamera binada mobil telefon olduğunu göstərəcək. O halda binada axtarış başlanacaq: “Axtarış nəticəsində üzərində mobil telefon aşkarlanan abituriyent imtahan zalından çıxarılacaq. Birmənalı bilməlidirlər ki, onlar üzərilərində mobil telefon gətirsələr belə, xüsusi qurğular vasitəsilə binada mobil telefon olduğunu görəcəyik. Bu halda onu gətirən abituriyentin nəticəsi ləğv olunacaq və imtahandan çıxarılacaq. Bununla bağlı əlavə şikayətə baxılmayacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!