1 İyul, 2011
Azərbaycan təhsilinin 2422 nəfərlik biabırçılığı

Onlar abituriyent ola bilmədi 

Simsar.az-ın verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən 2 min 422 abituriyent attestat imtahanlarında uğur qazana bilməyib. 


Bu səbəbdən də onlar avtomatik olaraq abituriyent statusunu itiriblər və TQDK-nın saytında onlar üçün imtahana buraxılış vərəqələri yerləşdirilməyib. Abituriyent statusunu itirənlərin 622 nəfəri III ixtisas qrupuna sənəd verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!