1 İyul, 2011
ŞAMAXININ İCRA BAŞÇISININ UZUNQULAQ SEVGİSİ

Şamaxının girəcəyində eşşək və abidəsinə heykəl ucaldılıb

Şamaxının yeni icra başçısı Asif Məmmədov sakinlərin təəccübünə səbəb olan addım atıb. 

“Azadlıq” qəzetinin yazdığı xəbərə görə, Şamaxının girəcəyində icra başçısının göstərişi ilə eşşək abidəsi qoyulub.

Simsar. az saytı xəbəri Şamaxıdakı mənbə ilə dəqiqləşdirib. Mənbə  xəbərin doğru olduğunu deyib və əlavə məlumatlar da verib. 

Onun sözlərinə görə, heykəl Şamaxının girəcəyinə çatmağa yarım kilommetr qalmış, Sabir savxoz adlanan ərazidəki məkanda qoyulub. Əvvəllər həmin yerdə at heykəli qoymaq istəyiblər, icra başçısı məluma olmayan səbəbdən atı eşşəklə əvəzləyib.

Eşşək heykəlinin arxasında arabısı da var. Arabanın üstü otla doludur.

Simsar.az  qeyri-adi hadisə ilə bağlı Bakıda yaşayan şamaxılılar  arasında sorğu keçirib. Onlar heyrətdən nə deyəcəklərini bilməyiblər. Sadəcə olaraq, “bu nə biabirçılıqdı...” deməklə kifayətləniblər. 

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!