30 İyun, 2011
Misir Mərdanov ali məktəblər barəsində son sözünü dedi

Nazir dünya bankının əleyhinə çıxdı

Simsar.az-ın məlumatına görə, bu barədə təhsil Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Dünya Bankı və bu kimi təşkilatlar Azərbaycana ölkədə ali təhsil məktəblərinin sayını artırmağı tövsiyə edir. Amma Azərbaycan bu addımı atmaq niyyətində deyil: «Azərbaycan ali təhsil məktəblərinin sayını yox, keyfiyyətini artırmaq niyyətindədir».

Nazir qeyd edib ki, hazırda ölkədə 36 ali dövlət və 15 özəl ali təhsil məktəbi fəaliyyət göstərir: “Hazırda 10 minə yaxın Azərbaycanda tələbə xaricdə təhsil alır, Azərbaycanın özündə təhsil alan xaricilərin sayı isə 7 mindən artıqdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!