30 İyun, 2011
“TVENTE” VAQİF CAVADOVDAN İMTİNA ETDİ

Hollandiyanın “Tvente” klubu Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla vidalaşıb.

22 yaşlı hücumçu ilə 2014-cü ilin yayınadək nəzərdə tutulan müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 

Tərəflər arasındakı aktiv məsləhətləşmələrdən sonra belə bir qərar qəbul olunub. “Tvente” 2010-cu ilin qışında “Qarabağ”dan transfer etdiyi Cavadovdan elə də fayda görmədiyini bəyan edib.

Qeyd edək ki, Vaqif Cavadov ötən mövsümü icarə əsasında “Bakı”da keçirdikdən sonra Hollandiya klubunun düşərgəsinə qayıdıb. Hətta forvard “Tvente”nin heyətində məşqə də çıxıb. Lakin Enshede təmsilçisinin yeni baş məşqçisi Ko Adrianse Cavadovun xidmətlərinə ehtiyac duymayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!