29 İyun, 2011
Əli Kaptan serialdan gedəcəkmi?

Aktyorun öldürüləcəyi deyilir

“Öyle Bir Geçer Zaman ki” adlı filmdə Əli Kaptan şoku yaşanır. Belə ki, Türkiyənin ən çox izlənilən serialı möhtəşəm bir mövsüm finalı ilə çəkilişlərə fasilə verib. Serialın taleyini təyin edən adam Əli Kapitan isə filmin qarşıdakı mövsüm çəklişlərində olmaya bilər.  

Hər kəsin filmin gələcək mövsüm çəklişlərindən danışmağa başladığı bu günlərdə “Habershow” serialın gələcəyi ilə bağlı gözlənilməz məlumat yayıb. Bildirlir ki, Əli Kapitan yeni mövsüm əvvəli serialdan ayrıla bilər. Obrazı canlandıran Erkan Petekkayanın prodüser şirkəti olan D Prodüksiyondan (Kanal D Alt istehsalların sahibi olduğu şirkət) haqqının artırılmasını istədiyi deyilir. O, “Reytinqler ortada, mən olmasam dizi də olmaz” deyərək bildirib. Prodüser şirkət isə çəkilişlərə Erkan Petekkaya, yəni Əli Kapitan olmadan da davam edə biləcəyini qeyd edib. Toy səhnəsində vurulan Əli Kapitanın öldürüləcəyi də söylənilir. Ancaq hələ də filmlə bağlı söz- söhbətlər başa çatmayıb və aktyorun filmdən getməsi dəqiqləşməyib.
Ali Kapitan olmadan serialın izlənməyəcəyindən ehtiyat edən, prodüser şirkət, Erkan Petekkayanı razı salmaqla məşğuldur. Hələlik, Əli Kapitanın serialdan ayrılıb- ayrılmayacağı barədə söz- söhbət səngimək bilmir

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!