29 İyun, 2011
Fələstin prezidenti Heydər Əliyev Fondunda olub

Onu prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas iyunun 29-da Heydər Əliyev Fondunda olub. APA-nın məlumatına görə, onu prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Ali qonağa Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Daha sonra M. Abbas Fondla yaxından tanış olub.

Ali tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.

Heydər Əliyev Fondunun prezidenti M. Əliyeva Fələstin prezidentinə xatirə hədiyyəsi və Fondun fəaliyyətindən bəhs edən kitab təqdim edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!