29 İyun, 2011
6 ayda neçə sürücü cəzalanıb

2165 sürücü içkili olub

2011-ci il yanvar ayının 1-dən iyunun 25-dək Bakı şəhəri ərazisində 168 min 921 yol hərəkət iştirakçısına inzibati protokol tərtib edilib. Bu barədə Lent.az-a Bakı şəhər Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. V.Əsədovun bildirdiyinə görə, geridə qalan 6 ay müddətində paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində xeyli iş görülüb. Qayda pozuntularının statistikası isə belədir:

Sərxoş halda nəqliyyat vasitəsini idarə etmə: 2165 fakt
Yüksək sürətlə nəqliyyat vasitəsini idarə etmə: 1661 fakt
Avtoxuliqanlıq: 176 fakt
Yolayrıcı tələblərini pozma: 23649 fakt
Ötmə-manevr qaydalarını pozma: 1209 fakt
Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmə: 3494 fakt
Piyadalar tərəfindən qayda pozuntusu: 1123 fakt
Pərdə-plyonka: 5579 fakt


Qeyd edək ki, BŞYPİ rəsmisi ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!