29 İyun, 2011
Ölkəni tərk edənlərin sayı azalır

Səlim Müslümov statistik rəqəmlər açıqladı

Azərbaycandan xarici ölkələrə miqrasiya edənlərin sayı ilbəil kəskin azalır.

Simsar.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. S. Müslümovun sözlərinə görə, 1994-cü ildə Azərbaycandan gedənlərin sayı 342 min nəfər, gələnlərin sayı isə 211 min nəfər olub. Emmiqrasiya fərqi 130,8 min nəfər təşkil edib: “1995-1999-cu illərdə ölkədən gedənlər 65 min, gələnlər isə 30 min nəfər olub, 35 min nəfər emmiqrasiya fərqi yaranıb. 2000-2004-cü illərdə Azərbaycandan gedənlərin sayı 28 min, gələnlərin sayı 13 min nəfər, emmiqrasiya fərqi 15 min nəfər olub. 2005-2009-cu illərdə ölkəmizdən gedənlər 12,5 min, gələnlər isə 12 min nəfər olub ki, nəticədə 400 nəfər emmiqrasiya fərqi yaranıb. 2008-2009-cu illərdə isə 2 min nəfər emmiqrasiya fərqi qeydə alınıb”. 

S. Müslümov bildirib ki, bu rəqəmlər insanların ölkələr və regionlar üzrə yerdəyişməsinin daha çox iqtisadi amillərlə bağlı olduğunu sübut edir. Burada dövlətlər arasında münaqişələrin, təbii fəlakətlərin və s. problemlərin də rolu var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!