29 İyun, 2011
Rusiya Belarusun işiğını söndürdü

Lukaşenko borcunu ödəyə bilmir

Rusiya borcun ödənilməməsi ilə bağlı bu gecə saat 00:00 radələrində Belorusa elektrik enerjisinin ixracını tam dayandırıb. 

Simsar.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “İnter RAO” şirkətinin yaydığı məlumatda bildirilir ki, iyunun 28-də saat 22:00-a qədər Belorus tərəfi 600 milyon rublu ödəməyib. 

Şirkət borcun yaxın günlərdə ödəniləcəyini gözləyir.

Qeyd edək ki, Rusiya tərəfi 1,5 milyard rubl borca görə Belorusa enerji ixracını hələ iyunun 9-da məhdudlaşdırıb. 600 milyon rubl iyunun 29-a qədər ödənməli idi. Belorus isə hazırda ciddi maliyyə böhranı yaşayır və böyük həə kreditlərə ehtiyacı var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!