29 İyun, 2011
London Olimpiyadasına kimlər gedəcək

Taekvondoçular arasında mübarizə başlayır

İyunun 30-da Bakıda start götürəcək taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinin püşkatması keçirilib. Simsar.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 4 idmançıdan Günay Ağakişiyeva (57 kq) ilə Ramin Əzizov (80 kq) mübarizəyə ikinci mərhələdən qatılacaq. 

Ağakişiyeva Filka Atanasova (Bolqarıstan) – Paoli Andrea (Livan), Ramin Əzizov isə Flamur Zuberi (İsveçrə) – Lai Li (Çin) görüşünün qalibi ilə döyüşəcək. Digər taekvondoçularımıza gəlincə, Fəridə Əzizova (67kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya), Elvin Məmmədov (68kq) isə Viktor Yankovski (Çexiya) ilə qarşılaşacaq.

Fərdiə Əzizova yarışın ilk günündə, Elvin Məmmədov ertəsi gün, Ramin Əzizov iyulun 2-də, Günay Ağakişiyeva isə turnirin son günü mübarizə aparacaq. Yalnız ilk 3 pillənin sahibləri London Olimpiadasına vəsiqə qazanacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!