28 İyun, 2011
Patrik Züskindin «Kontrabas»sı səhnədə

Kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov ifa edəcək

Bakıda keçirilən «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyun ayının 30-u, saat 19.00-da Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində maraqlı layihə gerçəkləşəcək. 

Həmin gün teatrda alman yazıçı-dramaturqu Patrik Züskindin «Kontrabas» pyesi əsasında eyniadlı tamaşa festivalda iştirak edən qonaqlara təqdim olunacaq. Tamaşada kontrabasçı rolunu əməkdar artist Şövqi Hüseynov, muğam parçalarını isə Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmir ifa edəcək.

Festivala Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İçveçrə və Amerikadan qonaqlar dəvət olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!