28 İyun, 2011
Şvernadze Abxaziyaya müstəqillik istədi

"Heç olmasa Abxaziya ilə normal əlaqələr qurmaq lazımdır"

Gürcüstanın sabiq prezidenti Eduard Şvarnadze rəsmi Tiflisin Abxaziyanın müstəqilliyini tanımağın tərəfdarıdır. 

Simsar.az-ın “Asaval-dasavali” qəzetinə istinadən verdiyi məlumata görə, o, Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı politoloq Mamuk Areşidzenin təşəbbüsünü dəstəkləyib. 

Eduard Şvarnadze politoloqun təşəbbüsünü düşünülmüş sayıb: “Abxaziya artıq heç vaxt Gürcüstanın adi regionu olmayacaq. Heç olmasa Abxaziya ilə normal əlaqələr qurmaq lazımdır. Mamuk Areşidzenin təklifi tək qaçqınların geri dönməsi üçün yox, həm də bizim birgə həyatımız üçün əsasdır. Bu, mümkündür, ancaq 10-15 il tələb edir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!