28 İyun, 2011
Pənah Hüseyn İctimai Palatanın rəhbərliyindən getdi

Səbəb gözlənilən dəyişikliklərlə bağlıdı

Keçmiş deputat Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa verib. Pənah Hüseyn simsar.az-a bildirib ki, Koordinasiya Şurasında dəyişikliyin tərəfdarı olduğu üçün bu addımı atıb.  

İctimai Palatada fəaliyyətini davam etdirəcəyini vurğulayan Pənah Hüseyn Koordinasiya Şurasına politoloq Ərəstun Oruclu və sabiq müsavatçı İbrahim İbrahimlinin namizədliyini irəli sürüb.

Pənah Hüseyn ötən əsrin sonlarında Azərbaycan xalq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsinin qurucularından olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. Xalq Partiyasının qurucusudur. 1993-cü ildən bəri iki dəfə uzun müddətə həbsdə yatıb. 2005-ci ildə üçüncü çağırış Milli Məclisinin deputatı seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!