28 İyun, 2011
HƏRBİ PARAD PAKİSTAN MƏTBUATINDA

Bakıda keçirilmiş hərbi parad Pakistan mətbuatında işıqlandırılıb

Pakistanın aparıcı ingilisdilli qəzetlərindən "Daily Times"-in bugünkü sayında Bakıda keçirilmiş hərbi paradla bağlı geniş məlumat dərc olunub.Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

"Azərbaycan hərbi qüdrətini nümayiş etdirməklə Ermənistana xəbərdarlıq edir" sərlövhəli məlumatda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirak etdiyi, ağır silahların, raketlərin, vertolyot və təyyarələrin, həmçinin Azərbaycanda istehsal olunan silahların, habelə pilotsuz təyyarələrin nümayişi ilə müşayiət olunan hərbi paradın Azərbaycanın müstəqilliyini qazandıqdan sonra keçirdiyi üçüncü parad olduğu bildirilmişdir.

Qəzetdə Azərbaycan prezidentinin erməni separatçıları tərəfindən işğal olunmuş Dağlıq Qarabağı geri qaytarmağa hazır olduğunu ifadə etməsi vuğulanmışdır.

Dövlət televiziyası tərəfindən canlı yayımlanan çıxışında Prezident qeyd etmişdir ki, Azərbaycan öz hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən atrıq olmasına dair qarşıya qoyduğu vəzifəni yerinə yetirmişdir.

"Azərbaycan Ordusu daha da güclü olmalıdır, çünki müharibə hələ başa çatmayıb. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"-deyə Prezident bəyan etmişdir.

Qəzetdə xəbər verilir ki, Azərbaycan prezidenti hərbi sahəyə ayrılmaların dövlət büdcəsində aparıcı yer tutduğunu, bunun başadüşülən olduğunu, torpaqlar işğaldan azad olunmayanadək bu durumun davam edəcəyini diqqətə çatdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!