27 İyun, 2011
ELMAR MƏMMƏDYAROV QAZAXISTANA SƏFƏR EDƏCƏK

İyunun 27-28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfəri nəzərdə tutulub

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov Astanada keçiriləcək İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək məqsədilə səfər edir.

XİN rəhbərinin İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında çıxışı və səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!