24 İyun, 2011
DÜNYACA MƏŞHUR YAZARLAR ETİRAZA QALXDI

Onların arasında "Nobel" mükafatçılarıda var

Onlar Təhlükəsizlik Şurasının üzvü olan dövlətləri Suriya hökumətinin öz vətəndaşlarına qarşı təqiblərini pisləməyə, bununla bağlı qətnamə qəbul etməyə çağırıblar ("Röyter").

Hazırda Qərb dövlətləri, xüsusən də Fransa BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnamənin qəbulu istiqamətində iş aparırlar.

Amma Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin belə bir qətnamənin qəbuluna ehtiyac olmadığını deyirlər.

Bu arada Avropa Birliyi Suriyaya qarşı sanksiyaları genişləndirməyi düşünür.

Suriyanın xarici işlər naziri Valid Muallem isə bildirib ki, Qərb dövlətləri “insan haqları” adlı altında “müstəmləkə siyasəti yürüdürlər”.

Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı üsyan artıq 3 aydır ki davam edir.

Hökumət qüvvələrinin üsyançılara qarşı silah işlətməsi nəticəsində indiyəcən 1400 nəfərdən artıq insan öldürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!