24 İyun, 2011
TQDK-dan xəbərdarlıq

Buraxılış vərəqəsini necə çap etməli?

TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu il attestat alan abituriyentlər, yəni ümumi təhsil müəssisələrini 2011-ci ildə bitirən və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanına buraxılan abituriyentlər təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəni tətbiq etdirdiyi sənəd qəbulu komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra həmin abituriyentlər müəyyən edilmiş vaxtda imtahana buraxılış vərəqəsini çap edə biləcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!