24 İyun, 2011
OBAMA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNƏ ZƏNG EDİB

ABŞ Prezidenti “artıq vaxdır” deyib

Simsar. Az saytı Ağ Evdən verilən açıqlamaya istinadən xəbər verir ki, prezident Obama Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib.

Ağ Evin açıqlamasında deyilir ki, prezident Obama ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən Fransa və Rusiyanın prezidentləri Nikolas Sarkozi və Dimitri Medvedevin mayın 26-da verdikləri mesajı xatırladıb. Mesajsa belədi: “Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məsələnin dinc yolla həlli uğrunda qətiyyətli addım atmağın vaxdı gəlib çatıb”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!