23 İyun, 2011
Hərbiçilərin paradına polis də qoşulur

İyunun 26-ı Azadlıq meydanı xüsusi qorunacaq

Hərbi Paradla əlaqədar Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək hərbi nümayişlə bağlı Bakı şəhər Baş Polis İdarəsində tədbirlər planı hazırlanıb. İdarənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də tədbirlər planını təsdiq edib.


Tədbirlər planına əsasən, hərbi paradda təhlükəsizliyin təmin edilməsinə Bakı şəhər Baş Polis İdarəsinin 1000 nəfərdən çox şəxsi heyəti cəlb olunacaq. 3 gün ərzində təbir keçiriləcək ərazinin təhlükəsizliyinə qoruyacaq şəxsi heyətə əsasən hərbi nümayiş keçiriləcək əraziyə cəlb olunacaq.

İyunun 26-sı günorta saatlarından sonra isə qoyulmuş məhdudiyyətlər tədricən aradan qaldırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!