23 İyun, 2011
“Tu-134” təyyarələrinə əlvida

İlk vidalaşma ruslardan gəldi

Bu bəyanatı prezident “RİA Novosti” agentliyinin planlaşdırmasında iştirak edərkən səsləndirib.

Kareliyada 45 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın müzakirə olunduğu iclasda D.Medvedev “Tu-134” təyyarələrinin təxirə salınmadan istismardan çıxarılmasına göstəriş verdiyini bildirib: “Bunun vaxtı çatıb”.

Qeyd edək ki, 1960-cı illərdə SSRİ-də istehsalına başlanan “Tu-134” təyyarələrinə əsas irad həmişə çıxardığı səslə bağlı olub. Avropa ölkələrinin aeroportları bir neçə ildir “Tu-134” təyyarələrini qəbul etməkdən imtina edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!