23 İyun, 2011
Vaqif Səmədoğlu əməliyyat olunmayıb- EKSKLÜZİV

Xalq şairinin səhhəti normaldır

Bu günlərdə 72 yaşını qeyd edən xalq şairi Vaqif Səmədoğlu ad günündən sonra Türkiyəyə yola düşməli olub. 

Ayaq damarlarının aterosklerozundan əziyyət çəkən şairə Bakıdakı həkimlər əməliyyatın qaçılmaz olduğunu deyiblər. O da əməliyyatı Ankarada etdirməyə üstünlük verib.

Mətbuatda ötən gün dərc olunan yazılarda xalq şairinin əməliyyat olunduğu bildirilirdi.

V.Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım isə Simsar.az saytına açıqlamasında deyib ki, V.Səmədoğlunun üzərində cərrahiyə əməliyyatı aparılmayıb, onun səhhəti yaxşıdır və yaxın 4-5 gün ərzində vətənə qayıdacaq.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!