23 İyun, 2011
İLHAMƏ QULİYEVA: “BİR SÖZDÜ DƏ DEMİŞƏM”

Xalq artisti telekanala deyir, toya gedəcəm, Simsar.az-a deyir, getməyəcəm

Azərbaycanın xalq artisti İlhamə Quliyeva gözlənilməz açıqlama ilə çıxış edib.  

Simsar.az-ın məlumatına görə, ATV-dəki “Gün keçir” verilişinə telefon bağlantısı ilə qoşulan xanım müğənni bundan sonra ən yüksək və real qiymətlə toyda oxuyacağını deyib: “Mən tez-tez belə halla rastlaşıram ki, müğənni bir məbləğ səsləndirir, amma toya həmin məbləğin yarısına gedir. Toy sahibindən xahiş edir ki, ona ödədiyi yox, müğənninin elan etdiyi məbləği ödədiyini söyləsin”.

İ.Quliyeva deyib ki, o, əvvəlcədən hansə qiymət deyibsə,
toy sahibindən onu da alacaq: “Bir məbləğ söyləyib, əslində ondan xeyli aşağı qiymətə oxumaq fikrində deyiləm. Əlbəttə ki, endirimlər olacaq. Amma bunu hamı biləcək”.

Simsar.az-ın əməkdaşı İlhamə xanımın fikirlərindəki həqiqət yükünün hansı dərəcədə olduğunu müəyyənləşdirmək üçün onunla əlaqə saxlayıb. Xalq artistinin cavabı bu dəfə də təəccüblü olub. İ.Quliyeva baha qiymətə toylara gedəcəyi barədə fikirlər səsləndirdiyini təsdiq etsəd də, bunun sadəcə söz olaraq səsləndirdiyini bildirib: “Bir sözdü də demişəm. Mənim toylara getmək fikrim yoxdur”.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!