23 İyun, 2011
Dövlət qulluqçularının peşə bayramıdır

Bayram 2006-cı ildə təsdiq edilib

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Artıq altıncı ildir ki, Azərbaycanın dövlət qulluqçuları özlərinin peşə bayramını qeyd edirlər. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər ilin 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı kimi təsdiq olunub. 

Həmçinin, iyunun 23-nün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı elan olunması haqqında qərar BMT Baş Məclisinin tövsiyələri nəzərə alınaraq qəbul edilib.

Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, məhz dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adı ilə yaranıb.

Biz də Simsar.az saytının kollektivi adından bu bayram münasibəti dövlət qulluqçularını təbrik edirik.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!