23 İyun, 2011
Gəncədə Bayraq meydanı

Əraziyə inşaat materialları getirilib

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Bayraq meydanının inşası üçün lazım olan bütün avadanlıqlar və inşaat materialları adı çəkilən əraziyə gətirilib və yaxın vaxtlarda Bayraq meydanının inşasına başlanılacaq. Yeni inşa ediləcək Bayraq meydanının ətrafında isə istirahət guşəsi yaradılacaq.
Qeyd edək ki, Bayraq meydanında eni 18, uzunu 36 metr olan Azərbaycanın üçrəngli bayrağı 76 metr hündürlükdə dalğalanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!