23 İyun, 2011
Azərbaycanın Kərbəlada konsulluğu olacaq

Bunu Kərbəla Qubernatorluğu Şurasının sədri Mühəmməd Musəvi deyib

Azərbaycan və Türkiyə İraqın Kərbəla şəhərinin hakimiyyətinə bu şəhərdə konsulluq açılması məsələsi ilə bağlı rəsmi müraciət ediblər. Bunu Kərbəla Qubernatorluğu Şurasının sədri Mühəmməd Musəvi deyib. Trend-in məlumatına görə, xəbəri İraq KİV-i yayıb.

"Bu konsulluğun açılmasında məqsədlərdən biri öz öləkələrindən olan zəvvarların müşahidə edilməsidir", - Musəvi bildirib.

Onun sözlərinə görə, yerli hakimiyyət bu konsulluqların açılması üçün bütün hüquqi və diplomatik prosedurların başa çatmasını gözləyirlər.

Musəvi onu da bildirib ki, Kərbəlada yalnız İran İslam Respublikasının konsulluğu var. Konsulluq ötən il açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!