23 İyun, 2011
ETİBAR MƏMMƏDOV ÜZƏ ÇIXDI

AMİP lideri əvvəlki ampulasında

1994-cü ildə siyasətdən kənarlaşdığını bəyan edən AMİP lideri Etibar Məmmədov Bakının köhnə avtovağzal adlanan ərazisində yerləşən ofisdə məsləhətçi işləyir. 
E.Məmmədov “Yeni Müsavat”a müsahibəsində ofisdə işinin konkret nədən ibarət olduğunu deməyib.

Siyasi məsələlərlə bağlı sualları isə AMİP lideri köhnə cavablarını təkrarlamaqla tamamlayıb.

“Ölkədə tam durğunluqdur”, “Ərəb ərəbdir, türk türkdür” kimi əvvəlki fikirlərini təkrarlayan E.Məmmədov siyasi prosesləri kənardan izlədiyini, AMİP-in fəaliyyətinə müdaxilə etmədiyini, bəzi məmurların dövlət malını çapıb-taladığını bir daha bildirib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!