23 İyun, 2011
Həkim və müəllimlərə xüsusi qulluq

“Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır və normativ hüququ baza hazırlanır: “Onların “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilmiş statusları olmayacaq. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq”. 

B. Xəlilov dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin hələ müəyyənləşmədiyini deyib. O, bildirib ki, hazırda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir: “Başqa sahələrdə olduğu kimi, bu sahədə də islahatlar aparılır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!