23 İyun, 2011
SAATLI VƏ İMİŞLİDƏ QAZ OLMAYACAQ

Təmir işləri ilə bağlı sözügedən rayonlara "mavi yanacağ"ın verilişində fasilələr yaranacaq

Saatlı və İmişli rayonlarının "mavi yanacaq"la təchizatında fasilələr yaranacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, cari təmir işləri ilə əlaqədar iyunun 24-də saat 09.00-dan “Azadkənd-İmişli” magistral qaz kəmərinin 47-ci kilometrində qazın nəqli dayandırılacaq. 

Təmir işləri aparılan müddətdə Saatlı və İmişli rayonlarına qazın verilişində fasilələr yaranacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!