22 İyun, 2011
POLİS QAN VERDİ

İctimai asayişi və təhlükəsizliyi təmin edən paytaxt polisi vaxtaşırı xeyriyyə tədbirlərində də iştirak edir.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, idarədə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.

“Savab dünyası” Azərbaycan Talassemiya Assosiasiyasının müraciəti əsasında keçirilən “Donor günü” aksiyasına Baş İdarənin şəxsi heyəti dəstək verib. İyunun 22-də baş tutmuş bu nəcib tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib.

Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur. Qanvermədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Gematologiya İnstitutunun həkim və tibb personalı iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!